Nazirlik xəstəxanaya cərimə yazdı


  • 27 Yanvar 2023 15:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası Publik Hüquqi Şəxsinə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, xəstəxana barədə İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi) maddəsi ilə inzibati protokol tərtib edib.

İşə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, xəstəxana on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Eltac Nurullazadə

Oxşar xəbərlər