TƏBİB-ə cərimə yazıldı


  • 27 Yanvar 2023 23:55

Dövlət Gömrük Komitəsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, TƏBİB barədə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təmin olunarsa, TƏBİB üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə

Oxşar xəbərlər