Məzmuna keç

Ədliyyə Nazirliyi 17 min manatlıq sifariş verdi

Ədliyyə Nazirliyinin qurum tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələr üçün elektron imza sertifikatları və elektron imza vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “AzInTelecom” MMC olub.

Məlumata görə, qalib şirkətə 17.400 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə