Məzmuna keç

Ağdərədə insan sümüyünə bənzər skelet fraqmentləri aşkarlandı

Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.

E-huquq.az məlumatına görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.

Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.

Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.