Məzmuna keç

İctimai Səhiyyə və İslahatlar Mərkəzi tenderinin qalibini açıqladı

"İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsinin quruma bağlı internet saytlarının yenilənməsi, təkmilləşdirilməsi və texniki dəstəklə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Khan Buta Group" MMC olub.

Məlumata görə, qalib şirkətə 4.750 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə