Məzmuna keç

İstanbulda bina çökdü

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 5 mərtəbəli istifadəsiz bina çöküb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə çoxsaylı polis, yanğınsöndürən, AFAD əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Ehtiyat tədbiri olaraq dağıntılar altında qalan şəxslərin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış və araşdırma işlərinə başlanılıb.

Hələlik binanın hansı səbəbdən çökdüyü məlum deyil.

Ərazidə axtarış-xilasetmə və araşdırma işləri davam edir.

Şəbnəm Mehdizadə