Məzmuna keç

Astarada mikroavtobus aşdı – 16 nəfər yaralandı

Astarada yol qəzasında 16 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, onlardan 4 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfərə isə tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Mənbə: APA