İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baș verib.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.
Məlumata görə, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
