“Gələn il Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri üçün 4,9 milyard manat vəsait nəzərdə tutulub. Bu məbləğ dövlət büdcəsi xərclərinin 11,6 faizini təşkil edir“.
E-huquq.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstərici 2025-ci illə müqayisədə 360 milyon manat və ya 7,9 faiz çoxdur. 2023-2027-ci illər ərzində sosial müdafiə və sosial təminat xərcləri 632,5 milyon manat və ya 14,8 faiz artıb.
Nazir müavini, həmçinin icmal sosial müdafiə xərcləri barədə məlumat verib. Bildirib ki, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta fondu və digər fondlardan ayrılan vəsaitlər də nəzərə alınmaqla, icmal sosial müdafiə xərclərinin gələn il 12,9 milyard manat olacağı proqnozlaşdırılır.
H.Məmişov qeyd edib ki, bu məbləğ 2025-ci illə müqayisədə 2,2 milyard manat və ya 21 faiz çoxdur. 2023–2027-ci illər ərzində isə icmal sosial müdafiə xərcləri 3,8 milyard manat və ya 42 faiz artıb.
Şəbnəm Mehdizadə
