Məzmuna keç

Xəzər Rayon Məhkəməsinin sədri Polis Akademiyasında mühazirə ilə çıxış etdi – FOTO

2026-cı il noyabrın 16-da Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursantlar üçün “Xüsusi icraat” mövzusunda mühazirə keçib.

E-huquq.az xəbər verir ki, Polis Akademiyasında kursantların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin iştirakı ilə mütəmadi olaraq mühazirələr təşkil edilir. Bu mühazirələr kursantların nəzəri biliklərinin dərinləşdirilməsinə və praktiki bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.

Növbəti interaktiv dərsdə çıxış edən Abbas Rzayev “Xüsusi icraat” mövzusu ilə bağlı ətraflı məlumat verib, müvafiq hüquqi məsələləri izah edib.

Mühazirə zamanı nəzəri biliklərlə yanaşı, məhkəmə təcrübəsində rast gəlinən praktiki hallardan nümunələr təqdim olunub, mövzu ilə bağlı mühüm hüquqi məqamlara aydınlıq gətirilib.

İnteraktiv müzakirələr şəraitində keçən dərsdə kursantları maraqlandıran suallar cavablandırılıb, onların peşəkar dünyagörüşünün genişləndirilməsi və praktiki bacarıqlarının inkişafı baxımından əhəmiyyətli məsələlər diqqətə çatdırılıb.