Məzmuna keç

Çingiz Əsgərov Ali Məhkəmədə aparılan struktur islahatlarından danışdı

"Ali Məhkəmə artıq yeni iş üslubunda fəaliyyət göstərəcək".

Bunu e-huquq.az-ın sualına cavabında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, yeni struktur hakimlərin fəaliyyətinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək: "Struktura uyğun olaraq işə yeni əməkdaşlar dəvət etmişik. Artıq Ali Məhkəmədə Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllədə kasassiya icraatının yazılı qaydada keçirilməsi ilə bağlı yeni şöbə yaradılıb. Burada çalışacaq hüquqşünaslar hakimlərə qərarların ilkin layihəsini təqdim edəcək. Bununla da hakimlər artıq məhz hakimlik vəzifəsi ilə məşğul olacaqlar və onların fəaliyyətinin səmərəliliyi qat-qat artacaq”.

Qeyd edək ki, Ali Məhkəmədə struktur islahatları çərçivəsində "Məhkəmə işlərinin idarə edilməsi şöbəsi" adlı yeni şöbə yaradılıb.

Xəyalə Bünyatova