Füzuli rayonunda keçirilən “Səyyar qəbul otağı”nda ümumilikdə 8 müraciət ünvanlanıb.
"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, müraciətlərdən biri qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılmasından ibarət olub.
Digər müraciətlərə gəlincə bunlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi və fərdi yaşayış evinin qazlaşdırılmasını əhatə edib.
Görüşdə səsləndirilən hər bir müraciət Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən cavablandırılaraq qeydə alınıb.
