Məzmuna keç

Baş nazirdən Mədəniyyət Nazirliyi ilə bağlı qərar

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb.

Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.