Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Rəşad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Abbas Rzayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər oğurluğa görə məhkum olunmuş Şamaxı şəhər sakini Rəşad Əhmədov Bakının Sulutəpə qəsəbəsində evdən 1000 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
