Məzmuna keç

Vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda vətəndaşları aldadaraq onların pulunu ələ keçirməkdə təqsirləndirilən Elmin Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hakim Pərviz Muradovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir. E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdırıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə