Abşeronda evlərdən oğurluq etməkdə təqsirləndirilən Elmik Nəsirli və Səfər Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vaqif Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Elmik Nəsirli Abşeron rayonu ərazisindəki 4 evdən oğurluq etdiyinə görə Abşeron RPİ əməkdaşları tərəfindən saxlanılıb. Ətrafında aparılan araşdırmalarlar onun müxtəlif vaxtlarda paytaxt sakini Səfər Bayramov ilə birgə daha 7 evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
