Sumqayıtda qohumunu öldürməkdə təqsirləndirilən Əkbər Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nurəddin Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 31-də keçiriləcək.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Əkbər Vəliyev aralarında yaranan mübahisə nəticəsində bacısının əri Arif Muxtarovu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
