Məzmuna keç

Lənkəranda ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxundu

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şəkər Səfərliyə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, Lənkəran Rayon Məhkəməsində hakim Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin hökmü ilə Ş.Səfərli 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzası 1 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib.

Ş.Səfərli eyni zamanda 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında Lənkəran şəhəri, Heydər Əliyev prospektində baş verib. "Tofaş" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində 40 yaşlı Lənkəran sakini Səfərova Sevinc Ağamehdi qızı hadisə yerində vəfat edib. "Tofaş" markalı avtomobilin sürücüsü Şəkər Səfərliyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə