"Bioloji Təbabət" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, klinika barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması ) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Masallı Rayon Məhkəməsində hakim Ceyhun Quliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, “Bioloji Təbabət” altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
