Məzmuna keç

“Sun Tea Çay Fabriki” barəsində inzibati protokol tərtib olundu

"Sun Tea Çay Fabriki" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Sun Tea Çay Fabriki" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə