Məzmuna keç

Qızını öldürməkdə təqsirləndirilən ata hakim qarşısına çıxarılır

Masallıda qızını öldürməkdə təqsirləndirilən Hüseyn Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Hüseyn Şükürov qızı,1996-cı il təvəllüdlü Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. H.Şükürova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Şəbnəm Mehdizadə