Məzmuna keç

Bank kartlarından oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirməkdə təqsirləndirilən Asim Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Ağstafa rayon Məhkəməsinə göndərilib.

Hakim Natiq Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4 307 manat miqdarında maddi ziyan vurub. Bundan başqa istintaq zamanı saxlanılan şəxsin 2 fərdi yaşayış evindən oğurluq etməsi də məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə