Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Hüseyn Sultanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Hakim Rasim Kazımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasınını vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Hüseyn Sultanov paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dollarının oğurlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
