Məzmuna keç

Analitik Ekspertiza Mərkəzi 341 min manatlıq sifariş verdi

"Analitik Ekspertiza Mərkəzi" Publik Hüquqi Şəxsinin reaktivlərin, laboratoriya avadanlıqlarına ehtiyat hissələrinin, digər laborator ləvazimatların və istismar materiallarının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "SEM-AZ" MMC olub.

Məlumata görə, qalib şirkətə 341.096,09 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə