Ərdoğan: Zelenski və Putin görüşə hələ hazır deyil


  • 16:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibə məsələlərini Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər veri ki, danışıqlar nəticəsində lider tərəflərin hələ ikitərəfli görüşə hazır olmadığını bildirib.

Ərdoğan qeyd edib ki, Çində Putinlə keçirilən görüşdə və Zelenski ilə telefon danışığında Ukraynada müharibənin dayandırılması yolları müzakirə olunub, lakin tərəflər hələ liderlərin görüşünə hazır deyillər.

Türkiyə lideri vurğulayıb ki, son aylarda İstanbulda Rusiya və Ukrayna rəsmiləri arasında keçirilən danışıqlar sülh yolunun hələ də açıq olduğunu göstərib. O əlavə edib ki, Türkiyə danışıqlar səviyyəsinin mərhələli şəkildə yüksəldilməsinin tərəfdarıdır ki, sülhə dair ümidlər konkret nəticələrə çevrilsin. Ərdoğanın sözlərinə görə, istənilən təşəbbüs sonda liderlər səviyyəsində nəzərdən keçirilməlidir, amma hazırda bunun üçün şərait yaradılmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər