- 22:49
Rusiya və ABŞ Xarici İşlər Nazirliyinin xətti ilə Ukraynadakı münaqişənin həlli üzrə ikitərəfli məsləhətləşmələrin növbəti mərhələsini planlaşdırıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov qeyd edib ki, Moskva və Vaşinqton arasında dialoq hazırda ilk növbədə Ukrayna nizamlanması mövzusuna həsr olunub və ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı barədə danışmaq hələ tezdir.
Humay Eminqızı