- 22:49
Türkiyənin İstanbul şəhərində İSTOÇ Ticarət Mərkəzində yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, plastik məmulatların satıldığı mağazada başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də sıçrayıb.
Ara-sıra kiçik miqyaslı partlayışların baş verdiyi yanğın zamanı bəzi iş yerlərində də qismən çökmələr meydana gəlib.
Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Yanğın nəticəsində ümumilikdə 17 müəssisə zərər görüb.
Qeyd edək ki, Ticarət Mərkəzində ümumilikdə 7200 iş yeri fəaliyyət göstərirdi.
Humay Eminqızı