KİV: Xəlifə Haftar Türkiyəyə səfər etməyi planlaşdırır


  • 2 Sentyabr 20:20

Liviyanın şərq hissəsinin de-fakto lideri Xəlifə Haftar sentyabrın sonu Türkiyəyə səfər etməyi planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə Liviya, Türkiyə və Misirdən olan anonim mənbələr “Middle East Eye”a məlumat verib.

Qeyd edək ki, ötən həftə Xəlifə Haftar Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüş keçirib.

“Middle East Eye”a verilən məlumata görə, Kalın Haftarı Türkiyəyə səfərə dəvət edib.

Bildirilib ki, Türkiyənin illər boyu Haftarın rəqibi olan Liviya Milli Razılaşma Hökumətinə dəstəyindən sonra son vaxtlar atılan addımlar Türkiyə ilə Haftar hökuməti arasında münasibətlərin düzəldiyinə işarə edir.

Oxşar xəbərlər