Husilər İsrail ordusunun baş qərargahına hücum etdi


  • 2 Sentyabr 22:26

Husilər İsrail ordusunun Baş Qərargah binası da daxil olmaqla, pilotsuz təyyarələrlə dörd obyektə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Sariya Husilərə məxsus "Al Masirah" telekanalının efirində bildirib .

Hərəkatın hərbi sözçüsü Yəhya Saria həmçinin bildirib ki, pilotsuz təyyarələr Ben Qurion hava limanını, Aşdod dəniz limanını və Tel-Əvivdəki elektrik stansiyasını hədəf alıb.

Onlar həmçinin Qırmızı dənizdə "MSC ABY"-yə raket hücumu etdikləri barədə də məlumat veriblər.

Oxşar xəbərlər