- 20:33
Türkiyənin Şanlıurfa şəhərində dəhşətli yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sərnişin avtobusu idarəetməni itirərək aşıb. Baş verən yol-nəqliyyat hadisəsində üçü ağır olmaqla 27 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda xilasedicilər, təcili tibbi yardım və jandarma qrupları cəlb edilib.
Yaralılar xəstəxanaya çatdırıblar.
43 sərnişinin olduğu avtobusun Vandan Hatay istiqamətində hərəkət etdiyi bildirilir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə