Fəhlə kimyəvi qazana düşdü - Boya fabrikində faciə


  • 3 Sentyabr 10:25

Türkiyənin Tekirdağ şəhərində boya fabrikində bədbəxt hadisə baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağın Kapaklı rayonunda boya fabrikində fəhlələrdən biri kimyəvi maddələrin olduğu qazana düşüb.

Onu xilas etmək istəyən digər fəhlə də qazana düşüb.

Əraziyə dərhal tibb işçiləri, polis, xilasetmə qrupları göndərilib.

Xilas edilən işçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Yaralanan digər fəhlə isə Çerkezköy Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər