- 20:33
Hindistanda məhkəmə arvadını dərisinin rənginə görə diri-diri yandırdığına görə Kişandas adlı məhkuma ölüm hökmü təyin edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Udaipur məhkəməsəində baxılan işdə hakim Rahul Çoudhari qətlin ən nadir hadisələrdən biri olduğunu bildirib və bunun insanlığa qarşı cinayət olduğunu vurğulayıb.
Prokuror Dinesh Paliwal qərarın təsdiq edilməsi üçün Ali Məhkəməyə göndərildiyini bildirib. Cavabdehin 30 gün ərzində apellyasiya şikayəti vermək hüququ var. Təqsirləndirilən şəxsin vəkili Surendra Kumar Menariya müdafiə etdiyi şəxsin günahsız olduğunu və hökmün apelyasiya şikayəti əsasında ləğv ediləcəyini müdafiə edib.
2016-cı ildə ailə quran qadın ölümündən əvvəl polisə, həkimlərə və məhkəmə icraçısına verdiyi ifadədə ərinin onu tünd dərili olduğu üçün təhqir etdiyini bildirib. 2017-ci il iyunun 24-də əri qadının bədəninə qəhvəyi rəngli maye vurub və bu mayenin dərini ağartdığını söyləyib. Qadın mayenin turşu qoxusundan şikayət edəndə o, buxur çubuğu ilə onu yandırıb.
Bədəni yanmağa başlayanda qadın ailəsi tərəfindən xəstəxanaya çatdırılsa da, o, dünyasını dəyişib.
Qərar Hindistanda açıq dəriyə meyl və tünd dərili qadınlara qarşı ayrı-seçkilik haqqında müzakirələri yenidən alovlandırıb.
Şəbnəm Mehdizadə