- 20:33
Avropa İttifaqı ölkələrində gel dırnaq boyalarının əsas tərkib hissəsini təşkil edən maddədən istifadəyə qadağa qoyulub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, trimetilbenzoil difenilfosfin oksid (TPO) adlı bu maddə, gel və hibrid dırnaq laklarının ultrabənövşəyi şüalar altında sərtləşməsinə imkan verir.
Əvvəllər yalnız peşəkar istifadə üçün icazə verilmiş TPO artıq heç bir şəkildə istifadə edilməyəcək. Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (HPRA) bu qərarı elan edib və qadağanın bütün parametrlərə şamil edildiyini bildirib.
Sentyabrın 1-dən etibarən TPO tərkibli məhsulların Aİ daxilində paylanması tamamilə dayandırılacaq. Bərbərlərə və gözəllik salonlarına məhsullarını yoxlamağa, TPO tərkibli məhsulların istifadəsini dayandırmağa, onları düzgün şəkildə utilizasiya etməyə və yeni sifarişlər üçün təchizatçılardan TPO-suz məhsul zəmanəti almağa dair çağırış edilib. Gözəllik salonlarına həmçinin nüfuzlu distribyutorlardan satın almaları tövsiyə olunur.
İstehlakçılara müraciət etdikləri salonlarda istifadə olunan dırnaq boyalarının tərkibini öyrənmələri tövsiyə olunur.
Şəbnəm Mehdizadə