Şəkərli və spirtli içkilər saç tökülməsinə səbəb olur - ARAŞDIRMA


  • 3 Sentyabr 10:54

Şəkərli və spirtli içkilərin həddindən artıq istehlakı saç sağlamlığına mənfi təsir edir.

E-huquq.az xarici mətbuta istinadən xəbər verir ki, aparılan araşdırmaların nəticəsinə görə, şəkərli və spirtli içkilər saçların tökülməsi və vaxtından əvvəl ağarması riskini artırır.

Həftədə 3,5 litrdən çox şəkərli içki qəbul etmək, xüsusilə kişilərdə saç tökülməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, artıq şəkər baş dərisində yağ istehsalını artırır, iltihab və qıcıqlanmaya səbəb olur ki, bu da öz növbəsində saç köklərini zədələyir.

Araşdırmada spirtin bədəni susuzlaşdırdığı, qida maddələrinin udulmasını pozduğu və hormon balansına mənfi təsir göstərdiyi qeyd edilib. O, həmçinin oksidləşdirici stressi artırır, saç follikullarına zərər verir və saça rəng verən melanin istehsalını artırır.

Tədqiq olunan beş fərqli araşdırma, yüksək D vitamini səviyyəsinin saç tökülməsini azaltdığını və saç böyüməsini təşviq etdiyini göstərib. Tədqiqatçılar həmçinin dəmir, protein, soya məhsulları və brokoli və kələm kimi tərəvəzlərin də saç sağlamlığına töhfə verdiyini qeyd edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər