- 17:25
Atlantik okeanında yaranan və ikinci kateqoriyaya çatan "İsayas" qasırğası ABŞ-nin şərq sahillərinə doğru irəliləyir. Təbii fəlakət təhlükəsi ilə əlaqədar bəzi ştatlarda sakinlərə təxliyə əmrləri verilib.
E-huquq.az ABŞ mediasına istinadən xəbər verir ki, qasırğanın sahilə yaxınlaşdıqca güclənəcəyi və həftəsonu quruya çatacağı proqnozlaşdırılır.
Alabama, Florida və Corciya ştatlarının təhlükə gözlənilən ərazilərində yaşayan sakinlər üçün təcili təxliyə tədbirləri görülüb.
Qasırğa səbəbindən Floridadakı bəzi hava limanları uçuşlara bağlanıb. Dəmir yolu nəqliyyatında da fasilələrin yaranacağı gözlənilir.
Şəbnəm Mehdizadə