Ermənistan hərbçiləri növbəti dəfə qəzaya düşdü: Yaralılar var


  • 13 Aprel 09:26

Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya”ya Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib.

O qeyd edib ki, onların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Oxşar xəbərlər