- 11:02
Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 164 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir bildirib ki, son bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla 21 vilayətdə terror təşkilatına qarşı “Gürz-44” əməliyyatları keçirilib.
Yerlikaya saxlanılan şübhəlilərin təşkilat daxilində fəaliyyət göstərdiklərini və təşkilata maliyyə təmin etdiyini açıqlayıb.
Şəbnəm Mehdizadə