Saatlıda yas mərasimi təşkil edənlər cərimələndi


  • 12 Aprel 2021 11:35

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Qara Nuru kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 4 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Oxşar xəbərlər