Məzmuna keç

“Azəriqaz”dan”Alov qüllələri” yaxınlığındakı partlayışla bağlı

“Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev baş verən partlayışa görə “Azəriqaz”ın məsuliyyət daşımadığını deyib.

O bildirib ki, partlayışdan dərhal sonra “Azəriqaz" İB-in əməkdaşları hadisə yerində olub və “Təmiz Qaz” ərazidə sızmaların olub-olmaması ilə bağlı bir araşdırma aparıb.

"“Azəriqaz" qaz xəttinin yalnız sayğaca qədər olan hissəsinə görə məsuliyyət daşıyır. Apardığımız araşdırmalar nəticədə məlum oldu ki, məşələ qədər heç bir sızma halı müşahidə olunmayıb. Həmin məşəllər qüllənin balansındadır. Görünür, məşələ nəzarət edən işçiləri tərəfindən iş aparılıb və hansısa səhlənkarlıq səbəbindən bu hadisə baş verib. Hadisənin dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq", – deyə E.Vəliyev qeyd edib.