Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğın söndürülüb.
Əlavə məlumat veriləcək.
