Məzmuna keç

Bakıda güclü yanğın olub

Bakının Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar saat 00:21 radələrində Daxili İşlər Nazirliyinin 102 Zəng mərkəzinə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, məlumat üzrə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub.

Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.