Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır


  • 13 Aprel 2021 00:00

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Oxşar xəbərlər