Boşandıqdan sonra uşağın valideynləri ilə görüşünə hansı hallarda qadağa qoyula bilər?


  • 5 Aprel 2021 13:00

Boşandıqdan sonra uşaq valideynləri ilə görüşmək hüququna malikdir. Bəs valideyn öz hüquqlarından sui-istifadə etdikdə, uşağın həyatına, sağlamlığına və ya mənəviyyatına zərər vurduqda onu hansı qadağalar gözləyir?

E-huquq.az xəbər verir ki, uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz.

Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Valideyn uşağa qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törədirsə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törədirsə o, valideynlik hüququndan məhrum edilir və ona uşaqla görüşməyə icazə verilmir.

Sevgül Qasımzadə

Oxşar xəbərlər