Sumqayıt sakinlərinin də mediasiyaya müraciəti asanlaşdı


  • 18 Yanvar 2022 19:47

Vətəndaş məmnunluğunun və mediasiya xidmət keyfiyyətinin artırılması məqsədi ilə Sumqayıt şəhəri üzrə ailə, əmək mübahisələrinə dair müraciətlər, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin bütün inzibati ərazi yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə dair müraciətlər Bakı şəhərində fəaliyyət göstərən Mediasiya Təşkilatları tərəfindən qeydiyyata alınacaq və həmin təşkilatların üzvü olan Sumqayıt şəhərində fəaliyyət göstərən mediatorları vasitəsi ilə əlaqələndiriləcək.

Mediasiya Şurasından e-huquq.az-a bildirilib ki, Mediasiya Təşkilatları tərəfindən işlərin bölgüsü daima nəzarətdədir və ofislərə müntəzəm monitorinqlər keçirilir. Mediasiya Təşkilatları tərəfindən həftəlikolaraq hesabatlar Şuraya təqdim edilir. Bu günədək Sumqayıt şəhərindən olan müraciətlər ərazi üzrə yalnız Mediaisya Şurası tərəfindən mediatorlar arasında bölünürdü. Bu isə müraciətlərin çoxluğu səbəbindən və tək ünvan üzrə qəbul edilməsi səbəbindən sənəd dövriyyəsi sistemində müəyyən yubanmalara səbəb olurdu. Bu probelemləri həll etmək məqsədi ilə, qanunvericliyin tələbi üzrə "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yaxın ərazi anlayışı çərçivəsində Bakı şəhərində dövlət qeydiyyatına alınmış və göstərən Mediasiya Təşkilatları da müraciətlərin qəbulu, baxılması proseslərinə qoşulacaq.

Beləliklə, Sumqayıt şəhəri üzrə ailə, əmək mübahisələrinə dair müraciətlər, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin bütün inzibati ərazi yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə dair müraciətlər üzrə vətəndaşlar və təşkilatlar 19 yanvar 2022-ci ildən aşağıdakı MediasiyaTəşkilatlarına müraciət edə bilərlər:

1. Bakı 1 saylı Mediasiya Təşkilatı - rəhbər - Samir Babayev - +994 55 324 49 21

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 96A

e-mail: baku1mediationorganization@gmail.com

tel: +994552482828

2. Bakı 2 saylı Mediasiya Təşkilatı – rəhbər - İlhamə Həsənova +994506114990

Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F

e-mail: mediasiya02@gmail.com

tel: +994705114990, +994506114990

3. Bakı 3 saylı Mediasiya Təşkilatı - rəhbər - Paşa Səfərov - +994 50 412 77 22

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78, korpus B, otaq 104-105

e-mail: mediasiya3@gmail.com

tel: +994502634446

4. Bakı 4 saylı Mediasiya Təşkilatı - rəhbər - Cabbar Həsənov - +994702441004

Ünvan: Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5a, Life Centre, giriş 6, mərtəbə 2

e-mail: 4saylimediasiya@gmail.com

tel: 0102151004

5. Bakı 5 saylı Mediasiya Təşkilatı - rəhbər -Taleh İbrahimov - +994 50 325 50 22

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti10E, Rusel plaza, 6-7-ci mərtəbələr;

e-mail: 5saylımediasiya@gmail.com; 5.mediasiya@gmail.com

tel: +994553960017, +994773960017, +994503960017, 012-464-17-23

6. Bakı 6 saylı Mediasiya Təşkilatı - rəhbər - TuralŞahbazov - +994504971111

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğunküçəsi, 309-cu məhəllə, World Business Centre, 5-ci mərtəbə, 1-ci otaq

e-mail: 6saylimediasiya@gmail.com

tel: +994504971111

Qeyd edirik ki, vətəndaş məmnunluğu, müraciətçilərin keyfiyyətli xidmətlə təmin edilməsi və məhkəməyə çatımlılığı Mediasiya Şurasının daimi diqqətindədir.

Oxşar xəbərlər