Bakı 8 saylı Mediasiya Təşkilatının üzvləri Şəhidlər xiyabanını ziyarət edib - FOTO


  • 17:08

Bakı 8 saylı Mediasiya Təşkilatının üzvləri 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

E-huquq.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb.

20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində mühüm mərhələ olduğu vurğulanıb, şəhidlərin xatirəsinin hər zaman uca tutulacağı qeyd edilib.

Oxşar xəbərlər