Bakı 8 saylı Mediasiya Təşkilatının üzvləri “20 Yanvar – Qan Yaddaşımızdır” adlı tədbirdə iştirak ediblər - FOTO


  • 17:15

Bakı 8 saylı Mediasiya təşkilatının üzvləri Mayıl Əhməd, Natəvan Muradova və Ramin Əliyev Qərbi Azərbaycan İcmasının Nizami rayon təşkilatında “20 Yanvar – Qan Yaddaşımızdır” adlı anım tədbirdə iştirak ediblər.

E-huquq.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov 1990-cı ilin 20 yanvarında xalqımızın üzləşdiyi faciədən, dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən və bu hadisənin Azərbaycan xalqının mübarizə tarixində tutduğu yerdən bəhs edib.

Daha sonra Qərbi Azərbaycan İcmasının üzvü Mayıl Əhməd öz çıxışında 20 Yanvar hadisəsinə ilk siyasi qiymət verilməsinin məhz Ülu Öndər Heydər Əliyevin ölkəmizdə ikici dəfə siyasi hakimiyyətə gəldiyi dövrədə baş verdiyinin tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, məhz bu hadisədən sonra dünya miqyasına bu böyük faciənin nəticələri müxtəlif formada daha geniş auditoriyaya çatdırılıb və təhllil edilib.

Vurğulanıb ki, 20 Yanvar şəhidlərinin göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürüləcək.

Tədbir şəhidlərin xatirəsinə ehtiram ifadə olunmaqla başa çatıb.

Oxşar xəbərlər