MDB ölkələri Azərbaycanın mediasiya təcrübəsini öyrənəcək


  • 21 Yanvar 2022 23:05

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin mediatorlarının iştirakı ilə ZOOM platforması üzərindən “mediasiyanın tətbiqi və inkişafı” mövzusunda online müzakirə formasında tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, belarusiyalı, Beynəlxalq dərəcəli mediator Liliya Vlasova tərəfindən təşkil edilən tədbirdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və İdarə heyətinin üzvü Sima Yaqubova iştirak edib.

Tədbirdə Azərbaycan, Belarusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələr üzrə iştirakçılar öz ökələrindəki mediasiya təcrübəsindən təqimatlar edib və mediasiyanın tətbiqi, real praktika və qanunvericilik aspektindən bir sıra məsələləri müzakirə ediblər.

Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova Azərbaycanda mediasiyanın tətbiqi, bu sahənin inkişafı barədə danışıb. İştirakçı ölkələr üzrə mediatorlar tərəfindən Azərbaycanda mediasiya təcrübəsi, qanunvericilik, real praktika böyük maraqla qarşılanıb və tədbirin yekununda iştirakçı ölkələr üzrə çıxış edən mediatorlar Azərbaycan təcrübəsi mövzusunda növbəti vebinar və online görüş formatında tədbirin keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüblər.

Qeyd edilib ki, 2022-ci ilin mart ayında təşkil edilməsi planlaşdırılan növbəti görüşdə Azərbaycan praktikası və qazanılmış gözəl təcrübə barədə üzv iştirakçılara məlumat veriləcək və Azərbaycanın təcrübəsinin öyrənilməsi mqəsədi ilə müzakirələr təşkil ediləcək.

Oxşar xəbərlər