Bakı 2 saylı Mediasiya Təşkilatı loqosunu təqdim etdi


  • 2 Fevral 2022 11:00

Bakı 2 saylı Mediasiya Təşkilatının loqosu təqdim edilib.

E-huquq.az xəbər verir ki, təşkilatın sosial şəbəkə hesabında loqonun mənası və məzmunu barədə məlumat qeyd edilib.

Mediasiya təşkilatı, mübahisə tərəfləri arasında razılaşdırma və hər iki tərəfin ortaq mənafedə cəmlənməsini həyata keçirən və onlara bu prosesdə köməklik edən tərəf olaraq çıxış edir. Məhz bu səbəbdən loqoda 3 şəxs təsvir olunub.

Mərkəzdə yerləşən tərəf mediasiya təşkilatını, sağ və sol tərəfdə isə qarşı tərəfləri simvolizə edir və burada mediasiya təşkilatının hər iki tərəfi birləşdirməsi ,eyni zamanda hər ikisinin mənafeyini ortaq şəkildə qarşılaması əks olunub.

Loqonun ümumi dizaynına nəzər yetirdikdə, onun vizual görünüşünün Lotus çiçəyinə bənzədiyini görmək mümkündür. Lotus çiçəyi isə özündə böyük fəlsəfi məna və mistika daşıyır.

Buddizmdə Mavi Lotus ədalətin, ağıl və müdriklik, bilik üzərində qələbəsinin simvoludur. O, ümumiyyətlə, mərkəzi görünməyən, “müdrikliyin kamilliyinin” təcəssümü olan qismən açılmış qönçə kimi təmsil olunur. Nil çayının Mavi Lotus bitkilərin ən müqəddəsi idi və hər şeydən üstün idi. Bitki işıq gətirən günəş tanrısı Ra ilə əlaqələndirilirdi.

Loqonun rənglərinə gəldikdə isə rənglər 2022-ci ilin pampon rəngləridir.

Bir şunu diyen bir yazı 'BAKI SAYLI MEDİASİYA TOŞKİLATI' görseli olabilir

Oxşar xəbərlər