- 12 Mart 14:47
Mediasiya Şurası və “Azərbaycan Beynəlxalq Bankı”nın təşkilatçılığı, Azərbaycan Banklar Assosisiasiyasının və Ədliyyə Akademiyasının tərəfdaşlığı çərçivəsində “Bank ilə müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” mövzusunda təlim keçiriləcək.
E-huquq.az xəbər verir ki, fevralın 25-də təlim zamanı müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələr, bank əməliyyatları zamanı yaranan problemlər və.s aktual mövzulara toxunulacaq.
Təlimdə Mediasiya Şurasına üzv olan mediatorlar və Şuranın əməkdaşları iştirak edəcək.