Mediatorlar üçün istehlakçı hüquqlarına dair maarifləndirmə kurslarının ikinci mərhələsi keçirilib


  • 1 Mart 2022 15:26

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Mediasiya Şurası və Ədliyyə Akademiyasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün təşkil edilən istehlakçı hüquqları sahəsinə dair maarifləndirmə kursunun ikinci mərhələsi keçirilib.

Bu barədə e-huquq.az-a Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Mayıl Əhməd məlumat verib.

Bildirib ki, 1 mart – 5 mart tarixlərində keçiriləcək kursun ilk günündə məruzəçi qismində çıxış edən İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqqında məlumat, istehlakçı anlayışı və istehlakçıların əsas hüquqları və vəzifələri” mövzusunda mediatorları məlumatlandırıb.

Kurs onlayn şəkildə 30 mediatorun iştirakı ilə keçirilib.

Sonda mövzu ilə əlaqədar kazuslar müzakirə olunub.

Oxşar xəbərlər